Uzman Uroloq-Androloq

Kişi sağlamlığında elmi yanaşma və diskret qayğı

Kişi sonsuzluğu, prostat xəstəlikləri, böyrək və sidik yolu daşları, sidik yolları cərrahiyyəsi və androloji sağlamlıq üzrə qəbul. Hər müalicə qərarı iki şeyə söykənir: dəqiq müayinə və elmi sübut.

XİDMƏTUroloq-androloq qəbulu
MƏKANMərcan Medicare Clinic, Bakı
Qəbul üçün əlaqə
TƏHSİL
Ege Universiteti (İzmir)
İXTİSAS
Urologiya · Andrologiya
QƏBUL
Mərcan Medicare Clinic, Bakı
Uzm. Dr. Fuad İsmayılov — uroloq-androloq

Həkim haqqında

Elmə əsaslanan uroloji yanaşma

Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, Türkiyənin İzmir şəhərində Ege Universitetində urologiya üzrə uzmanlıq təhsili alıb. Uzmanlıq təhsili dövründə robot yardımlı radikal prostatektomi sonrası kontinans və erektil funksiya mövzusunda tez hazırlayıb. Hazırda Bakıda Mərcan Medicare Clinic-də xəstə qəbul edir; androloji, prostat, daş və sidik yolları cərrahiyyəsini icra edir.

TəhsilATU · Ege Universiteti (İzmir) — urologiya
İxtisasUroloq-Androloq · cərrah
HazırdaMərcan Medicare Clinic — uzman uroloq-androloq
Tam bioqrafiya

Klinik təcrübə

Əməliyyat və qəbul otağından

Endouroloji və androloji cərrahiyyə, mikrocərrahi və gündəlik klinik qəbul — real iş mühitindən görüntülər.

Tez-tez verilən suallar

Ən çox soruşulanlar

Uzm. Dr. Fuad İsmayılov hansı problemlərlə məşğul olur?

Kişi sonsuzluğu və andrologiya, varikosel, azospermiya/TESE, prostat xəstəlikləri (BPH, TUR-P, PSA), böyrək və sidik yolu daşları, sidik kisəsi törəmələri və uroloji onkologiya, erektil disfunksiya, vaxtından əvvəl boşalma, cinsi yolla keçən infeksiyalar və HPV.

Sonsuzluqda həmişə qadın müayinə olunmalıdır?

Xeyr — həmişə cütlük müayinə olunur. Halların böyük hissəsində kişi faktoru iştirak edir; spermoqramma sadə, ağrısız ilk addımdır. Yalnız qadının müayinəsi ilə kifayətlənmək ən çox vaxt itirən səhvdir.

Hər daş əməliyyat tələb edirmi?

Xeyr. Kiçik daşlar çox vaxt maye qəbulu və dərman müalicəsi ilə düşürülə bilər; iri və ya kompleks daşlarda qapalı/lazerli üsullar (PNL, lazer URS) tətbiq olunur.

Qəbul üçün əlaqə