Daşların əlamətləri

Sidik daşları çox vaxt beldə və ya yan nahiyədə şiddətli ağrı (renal kolik), sidikdə qan, ürəkbulanma və tez-tez sidiyə getmə ilə özünü göstərir. Davamlı ağrı və hərarət təcili müraciət tələb edir:

  • Belə/yan nahiyədə şiddətli ağrı
  • Sidikdə qan
  • Ürəkbulanma, tez-tez sidiyə getmə
  • Hərarət — infeksiya əlaməti ola bilər

Müasir müalicə üsulları

Müalicə daşın ölçüsü və yerinə görə seçilir:

  • PNL — qapalı yolla iri böyrək daşı
  • Lazer URS — sidik axarı daşının parçalanması
  • Sistolitotripsiya — sidik kisəsi daşı
  • DJ stent — böyrəyin qorunması

Təkrar daşın qarşısı

Daş bir dəfə əmələ gəldikdə təkrarlanma riski olur. Gündə 2–3 litr maye qəbulu, duzun və qırmızı ətin azaldılması, çəkiyə nəzarət təkrar daşların qarşısını almağa kömək edir. Qazlı/turş içkilər daş yaranmasını sürətləndirə bilər; "filan mineral su daşı əridir" iddiaları dəstəklənmir.