PSA-nı nə yüksəldə bilər?
PSA yalnız xərçəngdə deyil, bir sıra digər vəziyyətlərdə də yüksələ bilər. Ona görə nəticə həmişə müayinə ilə birlikdə qiymətləndirilir:
- Xoşxassəli prostat böyüməsi
- Prostatit (prostat iltihabı)
- Prostat masajı və ya biopsiyadan sonra
- Prostat əməliyyatı (TUR-P)
Neçə yaşdan sonra yoxlama vacibdir?
Prostat xərçəngi erkən mərhələdə çox vaxt heç bir şikayət vermir. 45–50 yaşdan sonra kişilərin ildə bir dəfə Total PSA analizi verməsi məsləhət görülür; risk faktorları olanlarda yoxlama daha erkən başlaya bilər.
PSA yüksəkdirsə nə etməli?
Yüksək PSA təkbaşına xərçəng demək deyil. Lakin dəyər yüksək olduqda, xüsusilə 4-dən yuxarı nəticələrdə, əlavə müayinə və biopsiya tələb oluna bilər. Uroloq nəticəni təkrar analiz, müayinə və lazım olduqda görüntüləmə ilə birlikdə qiymətləndirir.